Gürcüstanda dəyəri 1 milyon 200 min dollar təşkil edən narkotik maddə müsadirə olunub

A- A A+

Gürcüstanda Tbilisi Polis Departamentinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qara bazarda ümumi dəyəri 3 milyon lari (1 milyon 200 min ABŞ dolları) olan 35 kiloqram narkotik maddə aşkar edilib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, narkotik maddə 146 paketə qablaşdırılıb.

Xüsusi əməliyyat nəticəsində narkotik maddənin qanunsuz əldə olunması, saxlanması və satışı ilə əlaqədar İran vətəndaşı saxlanılıb.

Hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırma zamanı həbs edilən şəxsin evindəki xüsusi gizli yerdən əlavə olaraq, narkotik maddələrin qablaşdırılması üçün lazım olan materiallar da aşkarlanıb.

Faktla bağlı araşdırma davam etdirilir, saxlanılan şəxsi 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: