Dubayda keçirilən qlobal forumda süni zəkaya əsaslanan yeni imkanlar müzakirə edilir

A- A A+

Dubayda “Gələcək Forumu-2025” start götürüb. Tədbirdə 100 dövlətdən ekspertlər, şirkət rəhbərləri iştirak edirlər.

NUHÇIXAN yerli mediaya istinadla xəbər verir ki, qlobal forumda müxtəlif sektorlarda sürətli dəyişikliklər, yüksək texnologiyalara, biliyə və süni zəkaya əsaslanan yeni imkanlar müzakirə edilir.

Dubay Gələcək Fondunun icraçı direktoru Əbdüləziz əl-Cəziri bildirib ki, dördüncü dəfə keçirilən forumda 2500 iştirakçı var və bu, əvvəlki illərlə müqayisədə ən böyük saydır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: