Tramp Səudiyyə Ərəbistanını rəsmi olaraq NATO-ya üzv olmayan əsas müttəfiq təyin edib

A- A A+

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanını rəsmi olaraq NATO-ya üzv olmayan əsas müttəfiq kimi təyin edib.

NUHÇIXAN-ın məlumatına görə, Tramp bu barədə Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla şam yeməyi zamanı açıqlayıb və bu ölkə ilə müdafiə sahəsində əlaqələri genişləndirmək istədiyini əlavə edib.

"Daha güclü bir ittifaq hər iki ölkənin maraqlarına xidmət edəcək", - deyə Tramp bildirib.

Dövlət Departamentinin məlumatına əsasən, ABŞ-ın hazırda NATO-ya üzv olmayan 19 əsas müttəfiqi var.

Tramp həmçinin, bu həftənin əvvəlində Səudiyyə Ərəbistanına F-35 qırıcı təyyarələri satacağını açıqlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: