Media: ABŞ Venesuela ilə gizli danışıqlar aparıb

A- A A+

ABŞ Prezidenti Donald Tramp administrasiyası Venesuela ilə gizli danışıqların yeni raundunu keçirib.

NUHÇIXAN xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb. “Donald Tramp qeyri-rəsmi olaraq danışıqların yeni raunduna icazə verib. Ağ Ev danışıqlarda Venesuela Prezidenti Nikolas Maduronun bir neçə ildən sonra istefa vermək təklifi ilə razılaşmayıb”, - deyə nəşr iddia edir.

Eyni zamanda, iddialara görə, ABŞ Prezidenti Mərkəzi Kəşfiyyat İdarəsinin Karakasa qarşı hərbi əməliyyata hazırlıq məqsədilə Venesuelada gizli əməliyyatlar keçirmək planlarını təsdiqləyib.

Qeyd edək ki, bir müddət öncə Nikolas Maduro iki ölkə arasında münasibətləri müzakirə etmək üçün Donald Trampa telefon danışığı təklif edib. Venesuela Prezidenti vurğulayıb ki, Karakasla Vaşinqton arasında münaqişənin həllinin yeganə yolu dialoqdur. Donald Trampın Nikolas Maduro ilə danışıqlara razı olduğu bildirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: