Rusiyanın daha bir hava limanında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

A- A A+

Soçi hava limanı təyyarələrin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi Artyom Korenyako özünün “Telegram” kanalında məlumat verib.

Məhdudiyyətlər uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq olunub. Bu qərarın təfərrüatı və qüvvədə qalma müddəti məlumatda açıqlanmır.

Noyabrın 19-na keçən gecə oxşar məhdudiyyətlər Krasnodar (Paşkovski) və Gelencik hava limanlarında da tətbiq edilmişdi. Sonradan həmin hava limanları fəaliyyətini tam bərpa edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: