Türkiyə Prezidenti: İstanbul görüşlərinin davam etdirilməsinin tərəfdarıyıq

A- A A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna nümayəndələri arasında İstanbul görüşlərinin davam etdirilməsinin tərəfdarı olduğunu bildirib.

NUHÇIXAN xəbər verir ki, bunu Rəcəb Tayyib Ərdoğan Ankarada Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi birgə brifinqdə deyib.

O bildirib ki, Rusiya və Ukrayna arasında İstanbul görüşləri zamanı humanitar məsələlərdə irəliləmə mümkün olub:

"Bu görüşlər zamanı tərəflər arasında atəşkəs, sülh, eləcə də hərbi məsələlər müzakirə olunub. Bunlar çox böyük addımlardır. Bugünkü görüşdə də İstanbul görüşlərinin davam edilməsinin gərəkliliyini vurğuladıq. Müharibənin dərinləşdiyi dövrdə İstanbul görüşlərinin diplomatik həllə yönəlmiş addımlarda önəmli olduğunu bildirdik. Enerji resurslarına yönəlmiş hücumlar və həlak olanların artması hər iki tərəf üçün böyük dağıntı və insan tələfatına səbəb olur".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: