Rusiyada yığılan Çin avtomobillərinin payı sürətlə artır və artıq bu brendlərin ümumi satışlarının yarısına yaxınlaşıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Gazprombank Avtolizing” şirkəti məlumat yayıb.
Məlumata görə, oktyabr ayında Rusiyada 34 500 Çin avtomobili yığılıb ki, bu da Çin markalarının ölkədə satılan bütün avtomobillərinin 43 faizinə bərabərdir. Müqayisə üçün, bir il əvvəl bu göstərici təxminən iki dəfə az idi.
Aparıcı brendlər Rusiya bazarında lokallaşmanı sürətləndirirlər. Məsələn, oktyabr ayında satılan “Haval” avtomobillərinin 93 faizi, “Chery” markalı avtomobillərin isə 63 faizi Rusiyada yığılmışdır.
