Avropa Komissiyası Böyük Britaniyanın Avropa İttifaqının müdafiə fondunda iştirakına imkan verəcək razılaşmanın əldə olunacağını gözləmir.
NUHÇIXAN xəbər verir ki, “Politico” nəşri bu barədə adını açıqlamadığı diplomata istinadla məlumat yayıb. Məlumata görə, Avropa Komissiyasının Böyük Britaniya ilə danışıqları dalana dirənib. Danışıqlarda iştirak edən diplomat vəziyyəti “gərgin” adlandırıb. Onun sözlərinə görə, Brüssel müdafiə fondunda iştirak üçün 4,5-6,5 milyard avro üzvlük haqqı istədiyi halda, Böyük Britaniya yalnız 200-300 milyon avro təklif edir.
Eyni məsələ ilə bağlı Kanada ilə danışıqların “daha sakit” məcrada davam etdiyi bildirilir.
