Türkiyədə 687 qanunsuz miqrant saxlanılıb

A- A A+

Türkiyə ərazisində aparılan genişmiqyaslı yoxlamalar zamanı bu ölkədə qanunsuz yaşayan 687 xarici vətəndaş, eləcə də qeyri-leqal miqrasiya kanallarının təşkilində iştirak edən 29 şəxs saxlanılıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial mediada paylaşım edib.

Onun sözlərinə görə, sərnişin terminalları və hava limanları da daxil olmaqla 81 vilayətdəki 15334 ictimai yerdə sənədlərin yoxlanılması aparılıb. Bu məkanlarda 27 mindən çox hüquq-mühafizə orqanı əməkdaşı ümumilikdə 434295 şəxsin sənədlərini yoxlayıb.

Saxlanılan qanunsuz miqrantların Türkiyədən deportasiyası üçün prosedurlara başlanılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: