ABŞ ilə Səudiyyə Ərəbistanı arasında imzalanan müqavilələrin dəyəri 557 milyard dollara çatıb

A- A A+

Səudiyyə Ərəbistanının investisiya naziri Xalid bin Əbdüləziz Əl-Falih çərşənbə günü, noyabrın 19-da Səudiyyə Ərəbistanı ilə ABŞ arasında imzalanmış müqavilələrin ümumi dəyərinin 557 milyard dollara çatdığını bildirib.

NUHÇIXAN xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Əxbariyyə” kanalına müsahibə verən nazir Vaşinqtonda keçirilən ABŞ-Səudiyyə İnvestisiya Forumu zamanı Krallığın Birləşmiş Ştatlarla 242 investisiya müqaviləsi imzaladığını bildirib. O əlavə edib: “Səudiyyə Ərəbistanı ilə ABŞ arasında tərəfdaşlığı gücləndirmək üçün müxtəlif sektorlarda çoxsaylı müqavilələr imzaladıq”.

Əl-Falih ABŞ-ın Səudiyyə Ərəbistanında ən böyük xarici investor olaraq qaldığını xatırladaraq qeyd edib ki, 2025-ci il iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsində əsas dönüş nöqtəsi olub. O, 90 ildən çox davam edən Səudiyyə Ərəbistanı-ABŞ münasibətlərinin qlobal miqyasda böyük təsirə malik olduğunu da bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: