Rusiya neftinin ixracı rekord həddə düşüb

A- A A+

Noyabrın 10-dan 16-dək Rusiyanın dəniz yolu ilə neft daşımaları sutkada 291 min tona enib ki, bu da 2025-ci ilin əvvəlindən bəri ən aşağı göstəricidir.

NUHÇIXAN xəbər verir ki, “Kommersant” nəşri bu barədə Qiymət İndeksi Mərkəzinə istinadla məlumat yayıb. Analitiklərinin fikrincə, tədarükçülər üçün əsas problem noyabrın 21-də qüvvəyə minməsi planlaşdırılan ABŞ sanksiyalarıdır. Bu tarixədək əsas müştərilər - Çin və Hindistan Rusiyadan neft tədarükünü azaldaraq Yaxın Şərqə və Atlantik regionuna üz tutmağa başlayıblar.

Ekspertlər hesab edirlər ki, gələcək tendensiyalar alıcıların sanksiya risklərini necə qəbul etməsindən birbaşa asılı olacaq. Bununla belə, böyük endirimlər və yüksək daşıma xərcləri operatorlar və idxalçılar arasında riskli əməliyyatlara marağı artıra bilər.

Qeyd edək ki, həftənin əvvəlində Novorossiysk limanında Rusiyanın əsas ixracını təşkil edən “Urals” markalı neftinin qiyməti 2023-cü ilin martından bəri ən aşağı həddə - bareli 36,61 dollara enib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: