Almaniyanın avtomobil sənayesində məşğulluq kəskin azalıb

A- A A+

Almaniyada 2025-ci ilin üçüncü rübünün sonunda bu sahədə işləyənlərin sayı əvvəlki ilə nisbətən 48,7 min nəfər - 6,3 faiz azalıb. Bu, böyük sənaye sahələri arasında ən yüksək göstəricidir.

NUHÇIXAN xəbər verir ki, Federal Statistika İdarəsinin yaydığı məlumatda avtomobil sənayesində işləyənlərin sayının 721,4 min nəfərə düşərək son 14 ilin ən aşağı səviyyəsinə endiyi bildirilib.

Təchizatçı şirkətlər iş yerlərinin azalmasından daha çox təsirləniblər. Avtomobil hissələri istehsalı üzrə məşğulluq bir il ərzində 11,1 faiz azalıb. Ümumilikdə Almaniya emal sənayesində də azalma qeydə alınıb və işçilərin sayı 2,2 faiz azalıb. Digər böyük sənaye sahələrində də geriləmə müşahidə edilib. Yalnız qida sənayesi istisna təşkil edib, bu sahədə çalışanların sayı 1,8 faiz artıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: