Yaponiya hökuməti 135 milyard dollarlıq iqtisadi dəstək paketini qəbul edib

A- A A+

Yaponiya hökuməti 21,3 trilyon yen (135,27 milyard dollar) məbləğində iqtisadi dəstək paketini təsdiqləyib. Bu, COVID-19 pandemiyasından sonra ən böyük stimullaşdırıcı paketdir.

NUHÇIXAN xəbər verir ki, iqtisadi dəstək paketi əsasən yaşayış xərclərinin artması fonunda maliyyə çətinliyi yaşayan ailələrə dəstək məqsədi daşıyır. Sanae Takaitinin rəhbərlik etdiyi yeni hökumət bu məsələni həll edəcəyinə vəd verib.

Təsdiq edilmiş paketə həm elektrik enerjisi üçün subsidiyalar və hər uşaq üçün 20 min yen (təxminən 127 dollar) birdəfəlik nağd ödənişlər kimi təcili dəstək tədbirləri, həm də gəlir vergisi həddinin artırılması və benzinə müvəqqəti aksiz vergisinin ləğvi kimi daha uzunmüddətli addımlar daxildir. Hökumətin proqnozuna görə, bu tədbirlər gələn ilin fevral-aprel ayları arasında Yaponiyada inflyasiyanın orta hesabla 0,7 faiz azaldılmasına kömək edəcək.

Bundan əlavə, hökumət müdafiə sahəsinə, fəlakətlərin nəticələrinin aradan qaldırılmasına, yarımkeçiricilər sənayesinə və süni intellektin inkişafına investisiyalar üçün əlavə resurslar ayıracaq. Hökumət, tədbirlər paketinin növbəti üç il ərzində Yaponiyanın ümumdaxili məhsulunun artım tempinə müsbət təsir edəcəyini gözləyir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: