Media: Avropa liderləri Ukrayna münaqişəsinin həlli üçün alternativ plan hazırlayır

A- A A+

Avropa ölkələrinin liderləri Ukrayna münaqişəsinin həlli üzrə Kiyev üçün ABŞ-ın təkliflərindən daha əlverişli olacağı iddia edilən alternativ plan üzərində işləyirlər.

NUHÇIXAN xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, Avropa liderləri yaxın bir neçə gün ərzində öz layihələrini təqdim edə bilərlər. Kiyev isə hələlik bu planda iştirak etməyə razılıq verməyib. Planın təfərrüatları açıqlanmır.

Bundan əvvəl Ağ Evin mətbuat katibi Kerolayn Levitt bildirib ki, ABŞ dövlət katibi Marko Rubio və Amerika prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Ukrayna böhranının tənzimlənməsi üzrə Vaşinqtonun təklif etdiyi planla bağlı həm Moskva, həm də Kiyevlə əlaqə saxlayırlar.

Qərb mediası qeyd edir ki, Amerikanın təklifləri ABŞ-ın təhlükəsizlik zəmanəti verməsi müqabilində Kiyevin bəzi əraziləri güzəştə getməsini nəzərdə tutur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: