Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 liderlərinin Zirvə toplantısında iştirak etmək üçün Cənubi Afrika Respublikasına yola düşüb.
NUHÇIXAN xəbər verir ki, Türkiyə liderini xarici işlər naziri Hakan Fidan, xəzinə və maliyyə naziri Mehmet Şimşek və digər rəsmi şəxslər müşayiət edirlər.
Yohannesburqda iki gün davam edəcək müzakirələr zamanı Türkiyə Prezidenti Ərdoğanın iştirakçılara müraciət etməsi, həmçinin bir sıra ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.
Müzakirələr zamanı Yaxın Şərqdəki vəziyyət Türkiyə Prezidentinin gündəliyində diqqət mərkəzində olacaq.
ABŞ, Rusiya və Çin liderlərinin hazırkı G20 sammitində iştirakı gözlənilmir.
