Fransa hökuməti fövqəladə hallar üçün “72 saatlıq sağ qalma dəsti”nə dair məlumat yayımlayıb

A- A A+

Təbii fəlakətlər, sağlamlıq böhranları, texnoloji qəzalar və ya geosiyasi gərginliklər fonunda Fransa hökuməti hər bir vətəndaşların ən azı 72 saat ərzində tam müstəqil şəkildə yaşaya bilməsi üçün nəzərdə tutulan yeni bir məlumat broşürü təqdim edib.

NUHÇIXAN xəbər verir ki, “Tous responsables” (“Hamımız məsuliyyət daşıyırıq”) adlı bu praktiki təlimat noyabrın 20-də dərc olunub və rəsmi qurumların saytlarında ictimaiyyətə əlçatan olacaq. Məlumat broşürünün məqsədi fransızları böyük bir böhran ehtimalına hazırlamaqdır.

Sənəddə Fransa üçün mümkün olan risklər açıq şəkildə sadalanır: müharibə ehtimalı, genişmiqyaslı kiberhücum, dezinformasiya kampaniyaları, hətta ölkə xaricində ordunun böyük hərbi əməliyyata cəlb olunması. Broşür konkret misallar göstərərək, vətəndaşları xəbərdar edir.

Hökumət bildirir ki, məqsəd vətəndaşlara böhran zamanı düzgün davranış və əsas reflekslər haqqında aydın və sadə bir istinad mənbəyi təqdim etməkdir.

Broşürlər evlərə göndərilməyəcək, lakin rəsmi saytlar vasitəsilə hər kəs üçün açıq olacaq. Hökumət bunun geniş təşviqat kampaniyası deyil, mümkün fövqəladə vəziyyətlərə qarşı məsuliyyətli hazırlıq çağırışı olduğunu bildirir.

Fransa təhlükə risklərinin artdığı bir dövrdə öz vətəndaşlarını informasiya ilə silahlandırmağa çalışır. Böhran zamanı ilk 72 saatın hər kəs üçün həyati əhəmiyyət daşıdığı vurğulanır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: