Volodimir Zelenski ABŞ-ın sülh planı ilə bağlı ukraynalılara müraciət edib

A- A A+

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın sülh planı ilə bağlı xalqa müraciət edib. O, bildirib ki, hazırda ölkə çox çətin bir seçim qarşısında qala bilər.

Bu barədə NUHÇIXAN Volodimir Zelenskinin bəyanatına istinadla xəbər verir.

“Bu, tariximizin ən ağır məqamlarından biridir. Hazırda Ukraynaya təzyiq ən yüksək həddədir. İndi Ukrayna çox mürəkkəb bir seçim qarşısında qala bilər: ya ləyaqətin itirilməsi, ya da əsas tərəfdaşın itirilməsi riski”, – deyə prezident qeyd edib.

V. Zelenski seçimlə bağlı bildirib ki, “ya mürəkkəb 28 bənd, ya da son dərəcə ağır qış və əlavə risklər”.

O vurğulayıb ki, bütün dünya anlamalıdır ki, ukraynalılar hər şeydən əvvəl insandır və onlar demək olar dörd illik genişmiqyaslı müharibə ərzində dünyanın ən böyük ordularından birinə qarşı dayanırlar.

Xatırladaq ki, ABŞ-ın yeni sülh planı 28 bənddən ibarətdir. Plan Donbas ərazisinin bir hissəsinin Rusiyaya verilməsini Ukraynaya və Avropa İttifaqına uzunmüddətli təhlükəsizlik təminatlarının təqdim edilməsi, ordunun sayının azaldılması, uzaqmənzilli silahlardan imtina və digər şərtlərlə əvəzləyir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: