Aleksandr Lukaşenko həbsdə olan 31 Ukrayna vətəndaşını əfv etdi

A- A A+

Belarus Prezidenti Aleksandr Lukaşenko 31 Ukrayna vətəndaşını əfv edib. Onlar bu gün vətənə qayıdacaqlar.

NUHÇIXAN “Belta” agentliyinə istinadən xəbər verir ki, bu barədə Belarus Prezidentinin mətbuat katibi Natalya Eysmont bildirib.

“ABŞ Prezidenti Donald Tramp ilə Aleksandr Lukaşenko arasında əldə edilən razılaşmaların davamı olaraq, Ukrayna tərəfinin xahişi ilə və qonşu dövlətdə silahlı münaqişənin həlli üçün şərait yaratmaq məqsədilə Prezident 31 Ukrayna vətəndaşını əfv edib”, - deyə Eysmont bildirib. O, həmçinin qeyd edib ki, bundan əvvəl əfv olunmuş ukraynalılar Belarus ərazisində cinayət törətmişdilər.

İki katolik keşişi də əfv edilib. Onların azadlığa buraxılması “Papa XIV Leonun xahişi ilə” həyata keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: