Qazaxıstan, Qırğızıstan və Özbəkistan arasında hidroenergetika əməkdaşlığına dair razılıq əldə olunub - FOTOLAR

A- A A+

Almatıda Qazaxıstan, Qırğızıstan və Özbəkistanın hidroenergetika idarələri rəhbərlərinin görüşü keçirilib.

NUHÇIXAN Qazaxıstan Energetika Nazirliyinə istinadla xəbər verir ki, tərəflər hidroenergetika sahəsində gələcək əməkdaşlıq üçün parametrlər barədə razılığa gəliblər. Toktoqul su anbarındakı çətin vəziyyəti nəzərə alan görüş iştirakçıları qarşılıqlı elektrik təchizatında bir-birini dəstəkləmək və istilik mövsümünü uğurla keçirmək, qarşıdan gələn vegetasiya mövsümünə (bitkilərin aktiv böyüməsi və inkişafı dövrü) hazırlıq üçün birgə səyləri əlaqələndirmək qərarına gəliblər.

Qazaxıstan və Özbəkistan payız və qış aylarında Qırğızıstana elektrik enerjisi tədarük etməyə hazır olduqlarını təsdiqləyiblər. Bu, Qırğızıstan tərəfinə qış mövsümündə elektrik enerjisi istehsalını azaltmağa və Toktoqul su anbarında su toplamağa imkan verəcək. Yığılan su vegetasiya mövsümündə cənub bölgələrində kənd təsərrüfatı torpaqlarının sabit suvarılmasını təmin etmək üçün Qazaxıstan və Özbəkistana yönəldiləcək.

Bundan əlavə, regionda istehlakı azaltmaq və enerjiyə qənaət etmək məqsədilə birgə tədbirlər görülməsi üzrə razılığa gəlinib. Danışıqlar zamanı birgə işlərin mehriban qonşuluq ruhunda aparıldığı və prosesin bütün Mərkəzi Asiyada enerji təhlükəsizliyini və sabitliyini gücləndirməyə yönəldiyi vurğulanıb. Özbəkistan tərəfi, həmçinin enerji sisteminin tranziti, təchizatı və balanslaşdırılması üçün texniki şərtlər təqdim etməyə hazır olduğunu təsdiqləyib.

Görüşdən sonra gələn ilin vegetasiya mövsümü üçün qış elektrik təchizatı həcmlərini və su anbarlarını qanuni olaraq müəyyən edən üçtərəfli protokol imzalanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: