Cevdet Yılmaz: COP31-ə ev sahibliyi Ankaranın artan nüfuzunu göstərir

A- A A+

Türkiyənin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasına (COP31) ev sahibliyi etmək hüququnun tanınması Ankaranın beynəlxalq arenada artan nüfuzunu göstərir.

NUHÇIXAN xəbər verir ki, bu barədə bazar günü Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz bildirib.

O, COP31-in keçiriləcəyi yerlə bağlı qərarın həm də Türkiyənin "çoxtərəfli proseslərin uğurlu idarə olunmasının” göstəricisi olduğunu bildirib.

Yılmaz bildirib: “İqlim dəyişikliyi yalnız ətraf mühit məsələsi deyil, həm də Davamlı İnkişaf Məqsədlərindən qlobal iqtisadi sabitliyə qədər bəşəriyyətin bir çox sahədə nailiyyətlərini təhdid edən universal bir problemdir”. O, COP31-də qarşıdan gələn müzakirələrin "Şimal və Cənub arasında körpü" rolunu oynayacağına əminliyini bildirib.

“Biz ədalətə, bərabərliyə, inklüzivliyə və bütün tərəflərin maraqlarının tam şəffaf mühitdə nəzərə alınmasına sadiqik”, - deyə Türkiyənin vitse-prezidenti qeyd edib.

C. Yılmaz, həmçinin Ankaranın elan etdiyi ekoloji məqsədləri, o cümlədən 2053-cü ilə qədər sıfır emissiya və yaşıl iqtisadiyyata keçidi vurğulayıb, bu məqsədləri ölkənin inkişaf siyasətinin əsası adlandırıb.

O qeyd edib ki, Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyənin diplomatik səyləri sayəsində Ankara konstruktiv və qətiyyətli qlobal oyunçuya çevrilib. “Türkiyənin gələn il COP31 və NATO zirvəsinə ev sahibliyi etməsi ölkənin beynəlxalq əməkdaşlığa və qlobal idarəetmə proseslərinə töhfəsini gücləndirir”, - deyən vitse-prezident COP31-in təşkilində birgə səylərinə görə bütün qurumlara, xüsusən də Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinə və Xarici İşlər Nazirliyinə minnətdarlığını bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: