Cənubi Koreya Prezidenti: Türkiyə Koreya üçün strateji tərəfdaşdır

A- A A+

Cənubi Koreya Prezidenti Lee Jae Myung, ölkəsinin Türkiyə ilə strateji ortaqlığını prioritetləşdirməyə və gücləndirməyə davam edəcəyini vurğulayıb. Bildirib ki, Türkiyə Koreya üçün strateji tərəfdaşdır və Avrasiya bölgəsində əhəmiyyətli bir mərkəzdir.

NUHÇIXAN Anadolu agentliyinə istinadla xəbər verir ki, Cənubi Koreya Prezidenti bu barədə Türkiyəyə gözlənilən rəsmi səfərdən əvvəl müsahibəsində bildirib.

Koreya müharibəsində türk və koreyalı əsgərlərin çiyin-çiyinə vuruşduğunu bildirən Li, iki ölkəni “qan bağlı qardaşlar” olaraq xarakterizə edib. Li, Türkiyənin Avropa, Yaxın Şərq, Avrasiya və Afrikanı birləşdirən unikal strateji mövqeyə malik olduğunu ifadə edib.

"Koreya üçün Türkiyə qlobal miqyasda innovasiya, investisiya və rəqabət üçün əməkdaşlıq etdiyi strateji tərəfdaşdır",- deyən Li, iki ölkənin güclü tərəflərinin bir-birini mükəmməl şəkildə tamamladığını və Türkiyənin pilotsuz hava sistemlərində qlobal liderlik mövqeyinə nail olduğunu bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: