Media: ABŞ Ukraynadan danışıqlara əsas kimi Vaşinqtonun planının qəbulunu tələb edir

A- A A+

Vaşinqton Kiyevdən Ukrayna böhranının həlli ilə bağlı danışıqlar üçün əsas kimi ABŞ-ın 28 bəndlik planının qəbulunu tələb edir.

NUHÇIXAN xəbər verir ki, “Bloomberg” agentliyi bu barədə mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, ABŞ Prezidenti Donald Tramp tərəfindən Ukraynanın sülh planına dəstək üçün təyin edilən 27 noyabr tarixi yekun deyil. ABŞ dövlət katibi Marko Rubionun sözlərinə görə, bu məsələ ilə bağlı qərarlar gələn həftəyədək təxirə salına bilər.

Ağ Evin bir müddət öncə yayımlanan bəyanatına görə, Ukraynanın nümayəndə heyəti Cenevrədə aparılan danışıqlar zamanı böhranın həlli üzrə hazırkı plan layihəsinin ölkənin milli maraqlarına cavab verdiyini və regionda təhlükəsizliyinin təmin edilməsi üçün etibarlı mexanizmlərə malik olduğunu təsdiqləyib.

ABŞ planı

Məzmunu Qərb mediasına sızdıran Amerika planına görə, ABŞ və digər ölkələrdən Krım, Donbas və Ukraynanın vermək məcburiyyətində qalacağı digər ərazilər üzərində Rusiyanın suverenliyini tanıması tələb olunacaq. Bunun müqabilində Kiyev Amerika və Avropa təhlükəsizlik zəmanətləri alacaq. Ukrayna qoşunlarının çıxarıldığı ərazilərdə demilitarizasiya zonası yaradılmalıdır.

“Axios”un ABŞ rəsmisinə istinadən verdiyi məlumata görə, Xerson və Zaporojye vilayətlərində münaqişə tərəfləri arasında təmas xətti dondurulacaq, Rusiya isə bəzi əraziləri Ukraynaya qaytarmağa məcbur olacaq. Ukrayna ordusu xeyli ixtisar ediləcək və uzaqmənzilli silahlardan məhrum ediləcək. Ölkədə xarici qoşunların yerləşdirilməsi qadağan olunacaq, rus dili rəsmi dilə çevriləcək. “Bloomberg” xəbər verib ki, ABŞ-ın yeni planı Rusiyaya qarşı sanksiyaların ləğvini də nəzərdə tutur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: