Türkiyə və Rusiya liderləri “Taxıl dəhlizi” məsələsini müzakirə edəcəklər

A- A A+

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 24-də telefon danışığı aparacaqlar. Bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

NUHÇIXAN xəbər verir ki, Peskov Türkiyə Prezidentinin elan etdiyi tarix barədə şərh vermək xahişinə cavabında həmin müzakirələrin planlaşdırıldığını təsdiqləyib.

Daha əvvəl Cənubi Afrika Respublikasında keçirilən mətbuat konfransında Türkiyə Prezidenti rusiyalı həmkarı ilə söhbət zamanı “Taxıl dəhlizi” müqaviləsinin bərpası məsələsini qaldırmaq niyyətində olduğunu bildirib və bu təşəbbüsün sülhə gedən yolu açmaq məqsədi daşıdığını vurğulayıb. Türkiyə lideri həmin dəhlizin həm Avropa, həm də Afrikanı təmin etməsini arzuladığını qeyd edib və insan itkisinin qarşısını almaq üçün Vladimir Putinlə gələcək addımları müzakirə etmək istədiyini deyib.

Prezident Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, o, qarşıdakı danışıqların nəticələrini avropalı tərəfdaşları və ABŞ Prezidenti Donald Trampla müzakirə etməyi planlaşdırır.

Kremlin sözçüsü onu da bildirib ki, Rusiya Cenevrədə ABŞ-Ukrayna məsləhətləşmələrindən sonra dəyişdirilmiş ABŞ-ın Ukrayna nizamlanması planının yenilənmiş versiyasının rəsmi mətnini almayıb və Moskva yalnız bu müzakirələrdən sonra verilən bəyanatlarla tanışdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: