Cənubi Koreya prezidenti KXDR ilə dialoq tərəfdarıdır

A- A A+

Şimali Koreya ilə hərbi toqquşma riski hələ də mövcuddur, ona görə də Seul Pxenyanla dialoqu bərpa etmək üçün səylərini davam etdirməlidir.

NUHÇIXAN xəbər verir ki, Koreya Respublikasının Prezidenti Li Çje Men bu barədə Ankaraya uçarkən jurnalistlərə müsahibəsində bildirib. “Koreyalararası münasibətlər son dərəcə düşmənçilik və aqressiv xarakter alıb. Biz hər an toqquşmaların baş verə biləcəyi çox təhlükəli vəziyyətdəyik”, - deyə Cənubi Koreyanın dövlət başçısı bildirib. O, həmçinin bütün rabitə kanallarının bağlanması səbəbindən sərhəddə baş verə biləcək böhran zamanı tərəflərin problemi operativ şəkildə həll edə bilməyəcəyini vurğulayıb.

Qeyd edək ki, ötən həftə Şimali Koreyanın bir qrup hərbçisi Cənubi Koreya ilə sərhəddəki demarkasiya xəttini qısa müddətə keçib. Demarkasiya xətti Koreya müharibəsinə son qoyan 1953-cü il atəşkəs sazişinin nəticələri əsasında yaradılan və Cənubi Koreya ilə KXDR arasında quru sərhədini müəyyən edən hərbsizləşdirilmiş zonadır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: