Avropada qazın min kubmetrinin qiyməti 2024-cü il iyulun 12-dən bəri ilk dəfə 350 dollardan aşağı səviyyəyə düşüb. Günün əvvəlindən bəri ucuzlaşma təxminən 3 faiz təşkil edib.
NUHÇIXAN xəbər verir ki, London ICE birjasının məlumatına görə, Niderlandın TTF qovşağında qazın dekabr fyuçerslərinin qiyməti min kubmetr üçün 349 dollara düşüb.
Qeyd edək ki, qazın qiymətinin ucuzlaşması Vaşinqtonun Ukrayna nizamlanmasına dair “sülh planı”nın müzakirələri fonunda baş verib.
Qeyd edək ki, bu ərəfədə ABŞ və Ukrayna 28 bəndlik “sülh planı” üzrə məsləhətləşmələr aparıb. Dövlət katibi Marko Rubio bunu münaqişənin “ən məhsuldar” görüşü adlandırıb. Ukrayna mediası Vaşinqton və Kiyevin planın böyük hissəsi üzrə razılığa gəldiyini yazıb.
