Türkiyənin gələn il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransına (COP31) ev sahibliyi etmək üçün müraciətinin təsdiqlənməsi ölkənin bütün vətəndaşları üçün qürur mənbəyidir.
NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin xanımı Əminə Ərdoğanın paylaşımında deyilir və o, qarşıdan gələn iqlim forumunun əhəmiyyətini vurğulayıb.
Onun sözlərinə görə, COP31 ilə bağlı qərar Ankaranın ətraf mühitin qorunması səylərinə beynəlxalq dəstəyin nəticəsi oldu.
Əminə Ərdoğan Ankaranın “Sıfır tullantı” ekoloji təşəbbüsünün uğuruna diqqət yönəldib.
O, həmçinin əmin olduğunu bildirib ki, “COP31 iqlim böhranının nəticələrinin ən ağır yükünü daşıyan dövlətlərlə həmrəylik üçün tarixi bir platformaya çevriləcək”.
“Ümid edirəm ki, COP31 daha ədalətli, davamlı və yaşamaq üşün münasib bir dünya naminə qətiyyətli, effektiv və konkret nəticələrə gətirib çıxaracaq”, - deyə Türkiyə Prezidentinin həyat yoldaşının paylaşımında deyilir.
