Çin bu gün ekipajsız “Şencou-22” kosmik gəmisini orbitə göndərib.
NUHÇIXAN xəbər verir ki, kosmik gəmini orbitə aparan daşıyıcı raketin buraxılışı yerli vaxtla saat 12:11-də (Bakı vaxtı ilə 8:11) Ciuçüən buraxılış məntəqəsində baş tutub.
Bu Çinin kosmos proqramı tarixində ilk fövqəladə buraxılışı olub. Belə ki, Çinin kosmik stansiyasında fəaliyyət dövrünü başa çatdıraraq stansiyanı “Şencou-21” missiyasının astronavtlarına təhvil verən “Şencou-20” missiyasının astronavtlarının noyabrın 5-də yerə qayıtması kosmik gəmidə kosmik tullantılar səbəbindən yaranan problemə görə təxirə salınıb. “Şencou-20”nin astronavtları bir neçə gün sonra “Şencou-21” kosmik stansiyası ilə yerə qayıdıb. Yaranmış fövqəladə vəziyyətdə stansiyadakı astronavtların missiyalarını başa vurduqdan sonra yeri qayıdışı üçün “Şencou-22” gəmisinin təcili orbitə göndərilməsinə qərar verilib.
Çinin Pilotlu Kosmos Agentliyinin məlumatına görə, buraxılışdan təxminən 10 dəqiqə sonra kosmik gəmi raketdən ayrılaraq təyin olunmuş orbitə daxil olub. Artıq stansiya ilə birləşən gəmidə ərzaq, tibbi ləvazimatlar, habelə “Şencou-20” kosmik gəmisinin sınaq şüşəsini təmir etmək üçün cihazlar göndərilib.
