Niderland dronlarla mübarizəyə əlavə 2,5 milyard avro ayıracaq

A- A A+

Niderland ölkədə baş verən son PUA insidentləri səbəbindən dronlarla mübarizə sistemləri üçün əlavə olaraq 2,5 milyard avro ayıracaq.

NUHÇIXAN xəbər verir ki, bu barədə Niderland Müdafiə Nazirliyinin dövlət katibi Geys Tyoyman parlamentə göndərdiyi məktubda bildirib. Məktubda deyilir ki, Avropa ölkələri, xüsusən də Niderland naməlum dronların istifadəsi ilə getdikcə daha çox üzləşir. “Polşa və Rumıniyada Rusiya pilotsuz təyyarələri ilə bağlı son insidentlər, həmçinin NATO ölkələrində və ən son olaraq Niderlandda kiçik və ucuz dronların kritik infrastruktur üzərində aşkarlanması ciddi narahatlıq doğurur”, - deyə Tyoyman qeyd edib.

Onun sözlərinə görə, dronlarla mübarizə potensialının gücləndirilməsi ümumilikdə 1 milyard avrodan 2,5 milyard avroyadək investisiya tələb edir. Bu vəsait Müdafiə Nazirliyinin investisiya büdcəsi hesabına maliyyələşdiriləcək.

Krallığın Müdafiə Nazirliyi bildirib ki, noyabrın 21-də axşam saatlarında hərbçilər ölkənin cənubunda yerləşən Volkel aviabazası üzərində naməlum pilotsuz uçuş aparatlarını vurmaq üçün silahdan istifadə ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: