Britaniya Baş naziri Kir Starmer Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb.
NUHÇIXAN Dauninq Stritin sözçüsünə istinadla xəbər verir ki, zəng günün ikinci yarısında keçiriləcək “istəkli ölkələr koalisiyası”nın iclası ərəfəsində baş tutub. Tərəflər Cenevrədə keçirilən danışıqlar və sonrakı diplomatik təmaslar fonunda Ukrayna üçün ədalətli və davamlı sülhün təmin edilməsinin vacibliyini vurğulayıblar. Baş nazir Birləşmiş Krallığın bu prosesdə Ukraynanı tam dəstəkləməyə davam edəcəyini bildirib.
Günün ikinci yarısında keçiriləcək “istəkli ölkələr koalisiyası”nın müzakirələrinə toxunan liderlər Ukraynaya verilən beynəlxalq dəstəyin əhəmiyyətini qeyd edib və döyüşlərin dayanmasından sonra çoxmillətli qüvvənin yerləşdirilməsinə hazırlığın davam etdirilməsinin vacibliyini ifadə ediblər.
Hər iki lider yaxın vaxtlarda yenidən danışmaq barədə razılığa gəlib.
