Çərşənbə günü Honkonqun şimalındakı Tay Po rayonundakı “Van Fuk Kort” yaşayış kompleksində yanğın baş verib.
NUHÇIXAN RTHK televiziyasına istinadən xəbər verir ki, bir neçə nəfər mənzildə qalıb, iki nəfər isə ciddi xəsarət alıb. “Yanğını söndürməyə çalışarkən bir neçə yanğınsöndürən də xəsarət alıb”, - deyə “Reuters” yazır.
Yanğın təhlükəsi səviyyəsi 4-cü kateqoriyaya qaldırılıb.
“Van Fuk Kort” təxminən 2 min nəfəri əhatə edən səkkiz korpusdan ibarətdir. Yanan binanın ətrafındakı bir neçə qüllə bambuk taxtabənd ilə bəzədilib ki, bu da yanğının yayılmasına səbəb ola bilər.
