Hon Konqun yeni əraziləri olan Tay Poda yaşayış kompleksində baş verən və azı 44 insanın ölümünə səbəb olan yanğın, şəhər tarixində yaşayış binasında ən ölümcül yanğın olub.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə "South China Morning Post" (SCMP) xəbər yayıb.
Qəzetin məlumatına görə, meqapolisdə ölüm sayına görə əvvəlki ölümcül yanğın 1996-cı ildə baş verən, 41 nəfərin ölümünə və 81 nəfərin xəsarət almasına səbəb olan "Garley Bina" yanğını olub. Yanğına qaynaq işlərinin təhlükəsiz aparılmaması səbəb olub.
