Çində sınaq qatarı 11 fəhlənin ölümünə səbəb olub

A- A A+

Çinin cənub-qərbindəki Yunnan əyalətində seysmoloji avadanlığın sınağını keçirən qatar hərəkətdə olarkən dəmir yolunda inşaat işləri aparan fəhlələri vurub.

NUHÇIXAN Çin mediasına istinadla xəbər verir ki, səhər saatlarında əyalətin paytaxtı Kunmin şəhərinin Luoyancen stansiyasında baş verən hadisə nəticəsində 11 fəhlə ölüb, 2 nəfər xəsarət alıb.

Bir neçə saat sonra stansiya fəaliyyətini bərpa edib. Hadisənin səbəbləri araşdırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: