Aİ və Mərkəzi Asiya ölkələri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafını müzakirə ediblər

A- A A+

Daşkənddə keçirilən III Avropa İttifaqı-Mərkəzi Asiya İqtisadi Forumunda müzakirə olunan mövzulardan biri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) olub.

NUHÇIXAN Qazaxıstan Baş nazirinin rəsmi informasiya resursuna istinadən xəbər verir ki, Avropa İttifaqı tərəfindən təşkil edilən tədbirdə Avropa Komissarları, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanın Baş nazir müavinləri və Türkmənistan Maliyyə və İqtisadiyyat Nazirliyinin yüksəkvəzifəli şəxsləri iştirak ediblər.

Avropa İttifaqı-Mərkəzi Asiya İqtisadi Forumu Avropa İttifaqı ilə Mərkəzi Asiya ölkələri arasında iqtisadi əməkdaşlıq, ticarət, investisiya və davamlı inkişaf məsələlərini müzakirə etmək üçün vacib platformadır. Tədbir çərçivəsində iqtisadi əlaqələrin genişləndirilməsi, nəqliyyat və enerji əlaqələrinin inkişaf etdirilməsi, davamlı təchizat zəncirlərinin gücləndirilməsi və rəqəmsal transformasiyanın təşviqi yolları müzakirə olunub. Həmçinin Aİ-nin “Global Gateway” təşəbbüsü çərçivəsində praktik əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət yetirilib, bu da Qazaxıstanın və bütün regionun tranzit potensialı üçün əlavə imkanlar açacaq.

Görüşdən sonra tərəflər strateji tərəfdaşlığın dərinləşdirilməsinə, davamlı iqtisadi əlaqələrin inkişaf etdirilməsinə və yeni investisiya və infrastruktur layihələrinin birgə həyata keçirilməsinə qarşılıqlı istək ifadə ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: