Türkiyə Müdafiə Nazirliyi Ukraynaya kontingent göndərilməsi ehtimalına münasibət bildirib

A- A A+

Rusiya ilə Ukrayna arasında atəşkəs rejiminin təmin edilməsi hazırkı gündəmin prioriteti olmalıdır. Sonrakı mərhələdə isə məqsədləri dəqiq müəyyən ediləcək missiyanın çərçivəsi, eləcə də ayrı-ayrı dövlətlərin yuxarıda qeyd olunan missiyada iştirakı məsələsinin müzakirəsi mümkün olacaq.

NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi noyabrın 27-də Ukraynaya türk kontingentinin göndərilməsi ilə bağlı iddiaları şərh edərkən bildirib.

Nazirlik “sülh və təhlükəsizliyin təmin edilməsi üzrə addımlar müzakirə edilərkən ağla ilk gələn Türkiyə ordusu” faktını Türkiyə Silahlı Qüvvələrinin effektivliyinin, gücünün və nüfuzunun əsas göstəricisi kimi qeyd edib.

Türkiyə Silahlı Qüvvələrinin regionda təhlükəsizliyin və sabitliyin qorunmasına yönəlmiş təşəbbüslərə töhfə verməyə hazır olduğu vurğulanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: