Britaniyada miqrasiya kəskin azalıb

A- A A+

Böyük Britaniyada xalis miqrasiya kəskin şəkildə azalaraq 2024-cü ilin iyulundan 2025-ci ilin iyununa qədər olan dövrdə 204 min nəfərə düşüb.

NUHÇIXAN xəbər verir ki, bu göstərici ötən ilin eyni dövründə qeydə alınan 649 min nəfərlə müqayisədə təxminən 70 faiz, 2023-cü ildəki ən yüksək səviyyə ilə müqayisədə isə 80 faizə yaxın azalma deməkdir. Britaniyanın Milli Statistika İdarəsinin (ONS) məlumatına görə, azalmanın əsas səbəbi iş və təhsil məqsədilə ölkəyə gələn Aİ-yə daxil olmayan ölkə vətəndaşlarının sayının aşağı düşməsi, həmçinin ölkədən çıxanların sayında tədrici artımdır.

Məlumata əsasən bu rəqəm pandemiyadan bəri qeydə alınan ən aşağı göstəricidir. Daxili İşlər Nazirliyinin açıqladığı son məlumatda həmçinin bildirilib ki, 2025-ci ilin sentyabr ayında Britaniya üzrə 36 min 273 sığınacaq axtaran şəxs hotellərdə yerləşdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: