Ukrayna üzrə heç bir sülh müqaviləsi layihəsi olmayıb, müzakirə üçün bir sıra məsələlər olub.
NUHÇIXAN Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Vladimir Putin Qırğızıstanda KTMT sammitinin yekunları üzrə bildirib.
"Ukrayna üzrə planın layihəsini "diplomatik dilə" çevirmək lazımdır, indi bəzi bəndlər gülməli səslənir", - o qeyd edib. Putinin sözlərinə görə, Cenevrə danışıqlarından sonra 28 bənddən ibarət sülh planının dörd hissəyə bölünməsi qərara alınıb.
