Yaponiya poçtu Tokioda bağlamaların çatdırılması ilə məşğul olacaq pilotsuz avtomobillərin sınaqlarına başlayıb.
NUHÇIXAN xəbər verir ki, Yaponiyada buna ehtiyac bağlamaların çatdırılması üçün işçilərin çatışmazlığı yarandıqdan sonra meydana gəlib.
Yeni texnologiya ilə təchiz edilən nəqliyyat vasitəsinin tam avtomatlaşdırılmadan bir dərəcə aşağı olduğu bildirilir. Həmin nəqliyyat vasitəsi məhdud dairədə müstəqil hərəkət edəcək.
Əvvəlcədən təyin olunan marşrut üzrə hərəkət edən yeni avtomobil GPS-dən istifadə edərək olduğu yeri müəyyən edəcək.
Sınaqlar zamanı Yaponiya poçtunun obyektləri arasında hərəkət edən avtomobilin sürətinin saatda 20 kilometr təşkil etdiyi bildirilir.