Hind okeanında baş vermiş iki zəlzələdən sonra Tailandın altı əyalətində sunami xəbərdarlığı elan edilib.
NUHÇIXAN Sinxua agentliyinə istinadla xəbər verir ki, bu barədə Tailandın təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması departamenti məlumat yayıb.
Qeyd edək ki, Hind okeanında baş vermiş zəlzələ 5 və 5,2 bal gücündə olub.