Honkonqdakı yaşayış kompleksində yanğın tam söndürülüb

A- A A+

Çinin Honkonq xüsusi inzibati ərazisində 128 nəfərin ölümünə səbəb olan yaşayış kompleksindəki yanğın tam söndürülüb.

NUHÇIXAN Honkonq mediasına istinadla xəbər verir ki, 2 günə yaxın davam edən yanğınsöndürmə əməliyyatı noyabrı 28-də yerli vaxtla saat 10:18-də (Bakı vaxtı ilə 6:18) başa çatıb. Hazırda yanmış binalarda axtarış işləri aparılır. Honkonqun səlahiyyətli qurumlarının açıqlamasına görə, yanğın nəticəsində 76 nəfər yaralanıb, 270 nəfər itkin hesab olunur.

Qeyd edək ki, noyabrın 26-da günortadan sonra dünyanın ən sıx məskunlaşılan və ən çox hündür binaların olduğu şəhərlərindən olan Honkonqun Tay Po rayonundakı 8 binadan və 2 minə yaxın mənzildən ibarət yaşayış kompleksində yanğın başlayıb. Yanğının binaların üzlüyünün yenilənməsi üçün istifadə olunan bambuk ayaqaltılarda başladığı və küləyin təsiri ilə sürətlə yayıldığı bildirilir. Yanğınla əlaqələr yüzlərlə insanın taleyindən xəbər yoxdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: