Ermənistan Konstitusiyasının yeni mətni 2026-cı ilin mart ayında hazır olmalıdır.
NUHÇIXAN Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin ədliyyə naziri Srbui Qalyan Konstitusiya islahatları Şurasının növbəti iclasında bildirib.
"Ədliyyə Nazirliyinin mətnin hazırlanması müddəti ilə bağlı götürdüyü bir daha təkrarlamaq istəyirəm. Xüsusilə, bu öhdəlikdə Konstitusiyanın yeni mətninin mart ayına qədər hazır olması nəzərdə tutulur", - o qeyd edib.
