Tunisdə 40 siyasətçi, iş adamı və jurnalist azadlıqdan məhrum edilib

A- A A+

Tunis Apellyasiya Məhkəməsi müxalifət, biznes və media sahələrini təmsil edən 40 nəfəri dövlət təhlükəsizliyinə təhdid ittihamı ilə 5 ildən 45 ilə qədər azadlıqdan məhrum edib.

NUHÇIXAN "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə TAP informasiya agentliyi məlumat yayıb.

Bu iş Tunisin müasir tarixində təhlükəsizlik əleyhinə cinayətlərlə bağlı ən böyük məhkəmə proseslərindən biridir. Təqsirləndirilən şəxslərlə bağlı məhkəmə prosesi mart ayından etibarən davam edirdi.

Hakimiyyət orqanlarının məlumatına görə, 20-dən çox digər şübhəli şəxs xaricə qaçıb və hazırda axtarışdadır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: