Orban Ukraynada sülhün əldə olunacağına ümidvardır

A- A A+

Macarıstanın Baş naziri Viktor Orban Kremldə Rusiya Prezidenti Vladimir Putinlə görüşdə Ukrayna nizamlanması üzrə yaxınlarda elan edilmiş təşəbbüslərin sülhə gətirib çıxaracağına ümid etdiyini bildirib.

NUHÇIXAN xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.

O vurğulayıb ki, Budapeşt danışıqlar üçün platforma təqdim etməyə hazırdır.

"Macarıstan sülhdə maraqlıdır. Ümid edirik ki, yaxın vaxtlarda elan edilmiş sülh təşəbbüsləri nəticədə sülhə gətirib çıxaracaq. Bugünkü görüşümüz mənə Macarıstanın belə danışıqlar üçün platforma təmin etməyə və bu prosesin uğurla başa çatmasına kömək etməyə hazır olduğunu təsdiqləmək imkanı verir", - V.Orban bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: