ABŞ rəsmiləri: Britaniya xalqı miqrasiya məsələsində məyus edilib

A- A A+

ABŞ rəsmiləri Böyük Britaniyada fəaliyyət göstərən diplomatlara bildiriblər ki, miqrasiya sahəsində ardıcıl hökumətlərin fəaliyyətisizlikləri nəticəsində Britaniya ictimaiyyəti məyus edilib.

NUHÇIXAN “The Times”a istinadla xəbər verir ki, keçən həftə ABŞ səfirliklərinə göndərilən rəsmi daxili məktubda diplomatlara miqrantların törətdiyi cinayətlərlə bağlı məlumat toplamaq tapşırılıb. Məktub, həmçinin Avropa ölkələri, Avstraliya, Yeni Zelandiya və Kanada üzrə missiyalara da göndərilib.

Sənəddə Böyük Britaniya kütləvi miqrasiya böhranının həlli üçün lazımi addımlar atmayan ölkə kimi qeyd olunur. Mətnə əsasən, həm Mühafizəkarlar Partiyasının, həm də Leyboristlərin hakimiyyətdə olduğu illərdə kütləvi miqrasiya təzyiqlərindən doğan problemlərin aradan qaldırılacağı vəd edilsə də, əhalinin gözləntilərinə baxmayaraq real irəliləyiş baş verməyib.

ABŞ Dövlət Departamenti məsələyə dair “The Times”a açıqlamasında qeyd edib ki, Birləşmiş Ştatlar dünyada ictimai təhlükəsizliyə və sosial harmoniya mühitinə təhdid yaradan miqrantlarla bağlı artan zorakı cinayətlərdən və insan hüquqları pozuntularından dərin narahatdır.

Məktubda Britaniyanın xüsusi olaraq qeyd edilməsi ABŞ administrasiyasının ölkənin sərhəd siyasətinə marağının davamı kimi qiymətləndirilir. Qeyd edək ki, sentyabrda Böyük Britaniyaya səfəri zamanı ABŞ Prezidenti Donald Tramp Baş nazir Kir Starmerə kiçik qayıqlar böhranına son qoymaq üçün hərbi qüvvələrdən istifadə etməyi tövsiyə etmiş və qanunsuz miqrasiyanın ölkələri məhv edə biləcəyini bildirmişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: