Ukraynanın Prezident Aparatının rəhbəri Andrey Yermak istefa ərizəsi yazıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.
Ukraynanın dövlət başçısı qeyd edib ki, müharibədə bütün diqqət diplomatiyaya və müdafiəyə yönəldiyi bir vaxtda Ukraynanın xarici vəhdət və dünya ilə münasibətlərinin əsası olan daxili gücün qorunması vacibdir. Onun sözlərinə görə, daxili gücü qorumaq üçün Ukraynanın müdafiəsindən başqa heç bir şeylə diqqəti yayındırmaq olmaz. Həmçinin tərəfdaşların Ukraynaya dair heç bir sualı qalmamalıdır.
“Buna görə də bu gün növbəti daxili qərarları açıqlayıram. Birincisi, Ukrayna Prezidentinin Ofisində yenilənmə olacaq. Ofisin rəhbəri Andrey Ermak istefa ərizəsi yazıb”, — deyə o əlavə edib.
Prezident Yermaka təşəkkür edərək bildirib ki, o, danışıqlar yolunda Ukraynanın mövqeyini “məhz necə olmalı idisə, elə də” təmsil edib. O, həmişə vətənpərvər mövqedə olub.
“Amma istəyirəm ki, söz-söhbətlərə və fərziyyələrə yer qalmasın. Yeni Ofis rəhbərinə gəlincə, sabah bu instituta rəhbərlik edə biləcək şəxslərlə məsləhətləşmələr aparacağam”, — deyə V.Zelenski bildirib.
O, həmçinin vurğulayıb ki, qarşıdakı danışıqlarda Ukraynanı Baş Qərargah rəisi Andrey Qnatov, Xarici İşlər Nazirliyinin nümayəndələri, Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov və kəşfiyyat nümayəndələri təmsil edəcəklər.
