Qara dənizdə daha bir tanker zərbə alıb, 20 nəfər təxliyə edilib

A- A A+

Qara dənizdə "VİRAT" adlı tanker zərbə alıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyənin Gəmiçilik Baş İdarəsi məlumat yayıb.

Bildirilib ki, tanker 35 dəniz mili məsafədə ikən zərbə aldığı barədə məlumat verib, dərhal xilasedicilər və bir gəmi əraziyə yönləndirilib.

Tankerdəki 20 nəfərin vəziyyətinin yaxşı olduğu qeyd edilib. Hadisənin səbəbləri araşdırılır.

Xatırladaq ki, daha əvvəl Bosfor boğazı yaxınlığında üzən "Kairos" tankerinin minaya toxunaraq partladığı barədə məlumat verilmişdi. Gəmidə olan 25 nəfər təxliyə edilmişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: