Cənub-Şərqi Asiyada təbii fəlakətlərdə 600-dən çox insan həyatını itirib

A- A A+

Cənub-Şərqi Asiya ölkələrində torpaq sürüşməsi və daşqınlar 600-dən çox insanın həyatına son qoyub.

NUHÇIXAN xəbər verir ki, bu barədə region ölkələrinin fövqəladə hallar xidmətləri məlumat yayıb. Son statistikaya görə İndoneziyada 435, Tailandda 170, Malayziyada isə 2 nəfərin ölümü təsdiqlənib.

Təbii fəlakətdən ən çox əziyyət çəkən İndoneziyada 406 nəfər itkin düşmüş hesab edilir. 213 mindən çox sakin təhlükəsiz zonalara təxliyə edilib. Malayziyada isə 19 min nəfər sığınacaqlara yerləşdirilib.

Təbii fəlakətlər Cənub-Şərqi Asiyada ümumilikdə 4 milyon nəfərin həyatına təsir edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: