Hondurasda prezident seçkilərində Nəsri Asfura liderlik edir

A- A A+

İlkin hesablamara görə, bazar günü Hondurasda keçirilən prezident seçkilərində mühafizəkar namizəd Nəsri Asfura liderlik edir.

NUHÇIXAN xəbər verir ki, bu barədə Mərkəzi Amerika ölkəsinin seçki orqanı açıqlama yayıb. Bildirilib ki, ümumi səsin 34,25 faizini, yəni 530 min 77 səsi Honduras Milli Partiyasının lideri və ABŞ-ın açıq şəkildə dəstəklədiyi namizəd Asfura toplayıb.

İlkin nəticələrə görə, Liberal Partiyasından Salvador Nasralla 506 min 316 səslə ikinci, hakim Libertad Partiyasından solçu Riksi Monkada 255 min 972 səslə üçüncü yerdədir.

Yekun rəsmi nəticələrin bu gün açıqlanacağı gözlənilir. Seçilmiş prezident vəzifəsinin icrasına 2026-cı il yanvarın 27-dən başlayacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: