Dörd ölkə İnterpol xətti ilə axtarışda olan 12 nəfəri Türkiyəyə ekstradisiya edib

A- A A+

Gürcüstan, Almaniya, Avstriya və Fransa İnterpolun qırmızı bildirişləri ilə beynəlxalq axtarışda olan 12 nəfəri Türkiyəyə təhvil verib.

NUHÇIXAN Türkiyənin daxili işlər naziri Ali Yerlikayaya istinadən xəbər verir ki, təhvil verilənlərin əksəriyyəti Gürcüstandan (yeddi nəfər) ölkəyə gətirilib. Almaniya hakimiyyəti axtarışda olan üç nəfəri, Avstriya və Fransa isə hər biri bir nəfəri Türkiyəyə təhvil verib.

“Bu kateqoriyadan olan şəxslər qəsdən adam öldürmə, oğurluq, fırıldaqçılıq, soyğunçuluq, narkotik qaçaqmalçılığı və digər cinayətlərdə ittihamlar ilə axtarışda idilər”, - deyə türkiyəli nazir bildirib.

Türkiyənin daxili işlər naziri əməkdaşlığa görə İnterpola və Avropa İttifaqı Polis Xidmətinə (Avropol) minnətdarlığını bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: