Niderland Ukraynaya 250 milyon avro ayıracaq

A- A A+

Niderland ABŞ-nin PURL təşəbbüsü ("Ukraynanın prioritet ehtiyaclarının siyahısı") vasitəsilə Ukrayna üçün hava hücumundan müdafiə vasitələrinin və F-16 qırıcılarının döyüş sursatlarının alınmasına 250 milyon avro ayıracaq.

NUHÇIXAN xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Ruben Brekelmans "X" sosial şəbəkəsində bildirib.

"Ukraynaya Rusiyanın kütləvi hava hücumlarına qarşı təcili olaraq əlavə hərbi dəstək lazımdır. Niderland PURL təşəbbüsü çərçivəsində ABŞ-nin ehtiyatlarından hava hücumundan müdafiə vasitələrinin, F-16-lar üçün döyüş sursatlarının və s. tədarükü məqsədilə yenidən 250 milyon avro ayırır. Bu kritik vaxtlarda Ukrayna bizim dəstəyimizə güvənə bilər!", - o qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: