Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 2-də İrlandiyaya ilk dəfə rəsmi səfər edəcək.
NUHÇIXAN xəbər verir ki, bu barədə "Sky News" İrlandiyanın Baş naziri Mixol Martinə istinadən məlumat yayıb.
"Ukrayna Prezidentini ölkənin birinci xanımı Yelena Zelenskaya müşayiət edəcək. O, M.Martin, İrlandiya Prezidenti Ketrin Konnolli və xarici işlər naziri Helen Makenti ilə görüşəcək", - nəşr bildirib.
Bundan başqa, Zelenski və Martin iki ölkə arasında biznes, ticarət və investisiya əlaqələrinin gücləndirilməsi potensialının müzakirə olunacağı iqtisadi forumda iştirak edəcək.
V.Zelenski bu gün həmçinin Parisə səfər edərək Fransa Prezidenti Emmanuel Makronla danışıqlar aparacaq.
